|
17 avqust 2013, 13:00
Fərman Bəşirovdan, İsmayıllı, Azərbaycan
Möhtərəm Prezident! Avqustun 14-də İsmayıllıya tarixi səfəriniz bütün rayon ictimaiyyətinin böyük ruh yüksəkliyinə səbəb olmuş, Azərbaycanın gələcək inkişafı naminə yaşamaq, işləmək, qurub-yaratmaq əzmini daha da artırmışdır. Hörmətli cənab Prezident, İsmayıllıya səfəriniz zamanı yerli əhali ilə daha yaxından təmasda olduğunuza, onların problemlərinin həlli üçün tapşırıqlar verdiyinizə, yeni tikilib istifadəyə verilən bir neçə obyektin açılışında iştirak etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Biz rayon ağsaqqalları fəxr edir və iftixar hissi keçiririk ki, ölkəmizə Heydər Əliyev ideyalarının davamçısı olan Sizin kimi yüksək intellekt, dərin düşüncə, iqtisadi, siyasi bilik sahibi, yüksək idarəetmə bacarığı olan lider rəhbərlik edir.
Möhtərəm Prezident, səfərinizdən bir gün sonra rayonun sosial-iqtisadi inkişafı üçün ayırdığınız vəsait bölgəmizin inkişafına göstərdiyiniz qayğının bariz təzahürüdür. Bu qayğı və diqqətə görə bütün rayon ağsaqqalları adından Sizə minnətdarlığımızı bildirir, hörmət və ehtiramımızı ifadə edirik. Qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar, müvəffəqiyyətlər arzulayırıq. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.