Fərman Bəşirovdan, İsmayıllı, Azərbaycan
17 avqust 2013, 13:00
Möhtərəm Prezident!
Avqustun 14-də İsmayıllıya tarixi səfəriniz bütün rayon ictimaiyyətinin böyük ruh yüksəkliyinə səbəb olmuş, Azərbaycanın gələcək inkişafı naminə yaşamaq, işləmək, qurub-yaratmaq əzmini daha da artırmışdır.
Hörmətli cənab Prezident, İsmayıllıya səfəriniz zamanı yerli əhali ilə daha yaxından təmasda olduğunuza, onların problemlərinin həlli üçün tapşırıqlar verdiyinizə, yeni tikilib istifadəyə verilən bir neçə obyektin açılışında iştirak etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Biz rayon ağsaqqalları fəxr edir və iftixar hissi keçiririk ki, ölkəmizə Heydər Əliyev ideyalarının davamçısı olan Sizin kimi yüksək intellekt, dərin düşüncə, iqtisadi, siyasi bilik sahibi, yüksək idarəetmə bacarığı olan lider rəhbərlik edir.
Möhtərəm Prezident, səfərinizdən bir gün sonra rayonun sosial-iqtisadi inkişafı üçün ayırdığınız vəsait bölgəmizin inkişafına göstərdiyiniz qayğının bariz təzahürüdür. Bu qayğı və diqqətə görə bütün rayon ağsaqqalları adından Sizə minnətdarlığımızı bildirir, hörmət və ehtiramımızı ifadə edirik. Qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar, müvəffəqiyyətlər arzulayırıq.
Rayon ağsaqqalları adından dərin hörmətlə,
Bəşirov Fərman Zakir oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.
