Samir Abdullayevdən, Bakı, Azərbaycan
19 avqust 2013, 14:00
Hörmətli cənab Prezident!
Mən və ailəm Sizin ölkə Prezidenti kimi fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Azərbaycana rəhbərlik etdiyiniz illərdə ölkəmiz sürətlə inkişaf etmiş, bütün sahələrdə parlaq nailiyyətlər qazanmışdır. Müdrik siyasətinizin uğurla həyata keçirilməsi nəticəsində qazanılan bu nailiyyətlər bu gün başqa ölkələr üçün nümunədir. Sizi əmin edirik ki, biz Sizin siyasətinizi həmişə olduğu kimi bundan sonra da dəstəkləyəcəyik.
Hörmətli cənab Prezident, ölkəmizin tərəqqisi uğrunda misilsiz fəaliyyətinizə görə Sizə minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, biz hər zaman Sizin yanınızdayıq.
Hörmətlə,
Abdullayev Samir Arif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.
