|
19 avqust 2013, 19:29
Asəf İsayev və başqalarından, Salyan, Azərbaycan
Möhtərəm Prezident! Ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi, beynəlxalq aləmdə nüfuzunun artması biz kənd sakinlərini də sevindirir. Biz hər gün ölkəmizin uğurlarının şahidi oluruq. Bu, Sizin apardığınız uğurlu iqtisadi siyasətin nəticəsidir.
Hörmətli cənab Prezident, Dayıkənd kəndi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik və bağçılıqla məşğul olur. Son illər kənddə modul tipli su təmizləyici qurğu istifadəyə verilmiş, yeni qaz xətti çəkilmişdir. Hazırda uzun müddət təmir edilməyən kənd tam orta məktəbi əsaslı təmir edilir. Yaxın vaxtlarda balalarımız hər cür şəraiti olan məktəbdə təhsil alacaqlar. Çox hörmətli Prezident, qarşıdan prezident seçkiləri gəlir. Kənd sakinləri Sizin yenidən ölkə başçısı seçilməyinizi arzulayır və buna əmindirlər. Sizi əmin edirik ki, kəndimizin sakinləri növbəti prezident seçkilərində də Sizin namizədliyinizi dəstəkləyəcəkdir. Möhtərəm Prezident, biz Sizə Ulu Tanrıdan möhkəm cansağlığı və Azərbaycan dövləti naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizə yar olsun.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.