Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Asəf İsayev və başqalarından, Salyan, Azərbaycan

Text size Plus Minus

19 avqust 2013, 19:29

Möhtərəm Prezident!

Ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi, beynəlxalq aləmdə nüfuzunun artması biz kənd sakinlərini də sevindirir. Biz hər gün ölkəmizin uğurlarının şahidi oluruq. Bu, Sizin apardığınız uğurlu iqtisadi siyasətin nəticəsidir.

Hörmətli cənab Prezident, Dayıkənd kəndi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik və bağçılıqla məşğul olur. Son illər kənddə modul tipli su təmizləyici qurğu istifadəyə verilmiş, yeni qaz xətti çəkilmişdir. Hazırda uzun müddət təmir edilməyən kənd tam orta məktəbi əsaslı təmir edilir. Yaxın vaxtlarda balalarımız hər cür şəraiti olan məktəbdə təhsil alacaqlar.
Hörmətli cənab Prezident, respublikamızda təhsilin inkişafına və kəndimizdə orta məktəbin təmirinə göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.

Çox hörmətli Prezident, qarşıdan prezident seçkiləri gəlir. Kənd sakinləri Sizin yenidən ölkə başçısı seçilməyinizi arzulayır və buna əmindirlər. Sizi əmin edirik ki, kəndimizin sakinləri növbəti prezident seçkilərində də Sizin namizədliyinizi dəstəkləyəcəkdir.

Möhtərəm Prezident, biz Sizə Ulu Tanrıdan möhkəm cansağlığı və Azərbaycan dövləti naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizə yar olsun.

Hörmətlə,

İsayev Asəf
Qasımov İlqar
Əsgərov Etibar
Babayev Fikrət
Babayev Nurəddin və başqalarından (cəmi 41 imza).

Azərbaycan Respublikası, Salyan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi