|
20 avqust 2013, 14:00
Əmrah Cəfərovdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident! Son 10 ildə Azərbaycanda baş verən böyük dəyişikliklərə, sürətli inkişafa görə Sizə təşəkkür edirəm. Mən 10-cu sinif şagirdiyəm. May ayında keçirilmiş və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bilik müsabiqəsinin qaliblərindən biri olmuşam. Daha sonra biz müsabiqənin qalibləri Şimali Kipr Türk Cümhuriyyətinin Gazimağosa şəhərində yerləşən Doğru Akdeniz Universitetinə yay məktəbinə göndərildik. Orada olduğumuz müddətdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə rəsmi görüşümüz oldu. Biz bu görüşdə Azərbaycan və Şimali Kipr münasibətləri barədə söhbət etdik. İyulun 30-u isə Gəncəyə qayıtdıq. Bütün bunlar Sizin təhsilə olan diqqətinizdən irəli gəlir. Gəncə şəhəri də gündən-günə gözəlləşir. Evimizin yaxınlığında yerləşən Heydər Əliyev parkı yüksək səviyyədə təmir olunur. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən və bütün gəncəlilər Sizinlə fəxr edirik.
Dərin hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.