Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Əmrah Cəfərovdan, Gəncə, Azərbaycan

Text size Plus Minus

20 avqust 2013, 14:00

Möhtərəm Prezident! 

Son 10 ildə Azərbaycanda baş verən böyük dəyişikliklərə, sürətli inkişafa görə Sizə təşəkkür edirəm. Mən 10-cu sinif şagirdiyəm. May ayında keçirilmiş və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bilik müsabiqəsinin qaliblərindən biri olmuşam. Daha sonra biz müsabiqənin qalibləri Şimali Kipr Türk Cümhuriyyətinin Gazimağosa şəhərində yerləşən Doğru Akdeniz Universitetinə yay məktəbinə göndərildik. Orada olduğumuz müddətdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə rəsmi görüşümüz oldu. Biz bu görüşdə Azərbaycan və Şimali Kipr münasibətləri barədə söhbət etdik. İyulun 30-u isə Gəncəyə qayıtdıq. Bütün bunlar Sizin təhsilə olan diqqətinizdən irəli gəlir.

Gəncə şəhəri də gündən-günə gözəlləşir. Evimizin yaxınlığında yerləşən Heydər Əliyev parkı yüksək səviyyədə təmir olunur.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən və bütün gəncəlilər Sizinlə fəxr edirik.

Dərin hörmətlə,

Cəfərov Əmrah Eldəniz oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi