Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Dadaş Abdullayev və başqalarından, Ağdam, Azərbaycan

Text size Plus Minus

20 avqust 2013, 19:00

Hörmətli cənab Prezident!

Sizin məcburi köçkünlərə göstərdiyiniz əvəzsiz qayğını biz heç vaxt unutmuruq. Bu qayğı sayəsində bizim mənzil və digər sosial problemlərimiz uğurla həll edilmiş, həyat şəraitimiz xeyli yaxşılaşmışdır. Sizin təşəbbüsünüzlə məcburi köçkünlər üçün demək olar ki, hər il yeni qəsəbə salınır. Bu qəsəbələrdə yüksək keyfiyyətli mənzillərlə yanaşı bütün infrastruktur obyektləri – məktəblər, uşaq bağçaları, tibb məntəqələri tikilir, kommunal xidmətlər yaradılır. Həmin mənzillər ədalətli, şəffaf şəkildə biz məcburi köçkünlərə paylanılır.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz məcburi köçkünlər bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcək, ətrafınızda sıx birləşəcəyik. İnanırıq ki, Sizin səyləriniz nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcək və biz doğma ata-baba yurdumuza qayıdacağıq. Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

D. Abdullayev
S. Hüseynov
Q. İsmayılov
A. Nəsibov
N. İsmayılov və başqaları (cəmi: 16 nəfər)

Azərbaycan Respublikası, Ağdam rayonu, Yusifcanlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi