|
21 avqust 2013, 12:30
Rəşad Allahverdiyevdən, Oslo, Norveç
Möhtərəm Prezident! Mən Sizin Sərəncamınızla təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hal-hazırda Norveç Krallığının Oslo universitetində iqtisadiyyat üzrə magistratura təhsili alıram. Sizin “bütün maddi resurslarımızı insan kapitalına çevirməliyik” prinsipini uğurla həyata keçirdiyinizə görə ilk öncə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Məhz Sizin uzunmüddətli və məqsədyönlü siyasətiniz sayəsində Azərbaycanın müharibə bölgəsində yerləşən ən ucqar rayonlarından birində, çox çətin dövrdə təhsilinə başlamış və sadə bir ailədən çıxmış gənc oğlan dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Norveç krallığında ölkəmizin inkişafına gələcək töhfələrini vermək üçün öz ali təhsilini davam etdirməkdədir. Ümidvaram ki, bundan sonra da gənclərə yönəlmiş yeni proqramlar təşkil olunacaq və bundan bəhrələnən gənc nəsil Sizin tətbiq etdiyiniz siyasətin təklif etdiyi imkanlardan ən yaxşı və layiqli şəkildə yararlanacaqdır. Möhtərəm Prezident, qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar diləyir və qələbə arzulayıram.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.