Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Rəşad Allahverdiyevdən, Oslo, Norveç

Text size Plus Minus

21 avqust 2013, 12:30

Möhtərəm Prezident!

Mən Sizin Sərəncamınızla təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hal-hazırda Norveç Krallığının Oslo universitetində iqtisadiyyat üzrə magistratura təhsili alıram. Sizin “bütün maddi resurslarımızı insan kapitalına çevirməliyik” prinsipini uğurla həyata keçirdiyinizə görə ilk öncə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Məhz Sizin uzunmüddətli və məqsədyönlü siyasətiniz sayəsində Azərbaycanın müharibə bölgəsində yerləşən ən ucqar rayonlarından birində, çox çətin dövrdə təhsilinə başlamış və sadə bir ailədən çıxmış gənc oğlan dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Norveç krallığında ölkəmizin inkişafına gələcək töhfələrini vermək üçün öz ali təhsilini davam etdirməkdədir. Ümidvaram ki, bundan sonra da gənclərə yönəlmiş yeni proqramlar təşkil olunacaq və bundan bəhrələnən gənc nəsil Sizin tətbiq etdiyiniz siyasətin təklif etdiyi imkanlardan ən yaxşı və layiqli şəkildə yararlanacaqdır.

Möhtərəm Prezident, qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar diləyir və qələbə arzulayıram.

Hörmətlə,

Allahverdiyev Rəşad Natiq oğlu.

Norveç Krallığı, Oslo şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi