|
21 avqust 2013, 16:30
İlhamə Quliyevadan, Bakı, Azərbaycan
Əziz Prezidentim İlham Heydər oğlu! Mənim zəhmətimi yüksək qiymətləndirdiniz, “Şərəf” ordeni ilə təltif etdiniz. Biləsiniz ki, məni nə qədər xoşbəxt etdiniz. Allah Sizi hər zaman xoşbəxt etsin. Sizinlə fəxr edir, qürur duyur, öyünürəm. Bu hissləri doğuran Sizin sənətə, sənət adamına yüksək diqqət və qayğınızdır. Siz ulu öndərimiz Heydər Əliyevin hər bir sahə üzrə ənənəsini uğurla davam etdirirsiniz. Bu nəcib işlərdən ulu öndərimiz Heydər Əliyevin ruhu şad olur. Möhtərəm Prezident, qəlbimin dərinliklərindən gələn bir səmimiyyətlə deyirəm: “Şərəf” ordenimin Sərəncamına imza atan əlləriniz var olsun! Azərbaycan vətəndaşı olaraq mən Sizinlə - Prezidentimlə fəxr edirəm. Siz layiq olduğunuz ali kürsüdə əyləşib hər kəsə eyni gözlə baxırsınız. Bu, Sizin humanistliyinizin əyani sübutudur. Bütün Azərbaycan xalqı, dünyada yaşayan azərbaycanlılar arxanızda dayanıb və Sizi sevir. Sizi ürəkdən sevən milyonlardan biri də mənəm. Sizin ən sadiq silahdaşınız ömür-gün yoldaşınız, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Nə qədər böyük xoşbəxtlikdir ki, iki böyük şəxsiyyət, güclü insan bir-birinə dayaqdır. Arzum budur ki, Azərbaycanımızda mövcud olan bu xoşbəxtlik heç zaman başımızın üstündən əskik olmasın. Bu xoşbəxtliyi başımızın üzərində tac kimi saxlamalı, Sizin kimi Prezidentimizin qədrini bilməli, Sizə dayaq olmalıyıq.
Oktyabrın 9-da respublikamızda növbəti prezident seçkiləri keçiriləcəkdir. Mən Sizin sadiq əsgərinizəm. Həmişə Sizə sadiq olmuşam və son nəfəsimə qədər Sizin siyasətinizi dəstəkləyəcəyəm. Vətənim uğrunda hər şeyə, Sizin yolunuzda canımı qurban verməyə hazıram. Dünyanın müxtəlif ərazilərində məskunlaşan milyonlarla azərbaycanlının yalnız bir rəhbəri var – o rəhbər də Sizsiniz - İlham Heydər oğlu Əliyev! AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.