|
21 avqust 2013, 17:35
S. Məhərrəmov və başqalarından, Oğuz, Azərbaycan
Möhtərəm Prezident! Sizin rəhbərliyinizlə respublikamız gündən-günə çiçəklənir, regionlar sürətlə inkişaf edir, xalqın rifahı durmadan yüksəlir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, idman kompleksləri və digər sosial obyektlər tikilərək istifadəyə verilir. Ölkəmizin bütün şəhər və rayonları ilə yanaşı, Oğuz rayonunda da böyük quruculuq işləri həyata keçirilir. Sizin qeyd etdiyiniz kimi, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük. Hörmətli cənab Prezident, biz rayonumuza göstərdiyiniz diqqət və qayğını həmişə böyük rəğbətlə qarşılamışıq. 2013-cü il 19 avqust tarixli Sərəncamınızla Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə vəsait ayırmağınız bu diqqət və qayğının bariz nümunəsidir. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.
Möhtərəm Prezident, Oğuz əhalisi Heydər Əliyev ideyalarına daim sadiq olmuşlar. Onlar Sizin uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və bu siyasətin nəticəsində ölkəmizin dinamik inkişafını müşahidə edirlər. Biz qəti əminik ki, ölkəmiz Sizin rəhbərliyiniz altında bundan sonra daha böyük nailiyyətlər qazanacaqdır. Sizə respublikamızın tərəqqisi naminə həyata keçirdiyiniz çətin və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar, cansağlığı və xoşbəxtlik arzulayırıq. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.