S. Məhərrəmov və başqalarından, Oğuz, Azərbaycan
21 avqust 2013, 17:35
Möhtərəm Prezident!
Sizin rəhbərliyinizlə respublikamız gündən-günə çiçəklənir, regionlar sürətlə inkişaf edir, xalqın rifahı durmadan yüksəlir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, idman kompleksləri və digər sosial obyektlər tikilərək istifadəyə verilir.
Ölkəmizin bütün şəhər və rayonları ilə yanaşı, Oğuz rayonunda da böyük quruculuq işləri həyata keçirilir. Sizin qeyd etdiyiniz kimi, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük.
Hörmətli cənab Prezident, biz rayonumuza göstərdiyiniz diqqət və qayğını həmişə böyük rəğbətlə qarşılamışıq. 2013-cü il 19 avqust tarixli Sərəncamınızla Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə vəsait ayırmağınız bu diqqət və qayğının bariz nümunəsidir. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.
Möhtərəm Prezident, Oğuz əhalisi Heydər Əliyev ideyalarına daim sadiq olmuşlar. Onlar Sizin uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və bu siyasətin nəticəsində ölkəmizin dinamik inkişafını müşahidə edirlər. Biz qəti əminik ki, ölkəmiz Sizin rəhbərliyiniz altında bundan sonra daha böyük nailiyyətlər qazanacaqdır. Sizə respublikamızın tərəqqisi naminə həyata keçirdiyiniz çətin və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar, cansağlığı və xoşbəxtlik arzulayırıq.
Rayon ziyalıları adından dərin hörmətlə,
S.C.Məhərrəmov
E.V.Kərimov
A.S.İbrahimov
A.N.Əzizov
M.N.Naxçıvanlı
U.B.Baxışova.
Azərbaycan Respublikası, Oğuz rayonu.
