Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

R. Mahmudov və başqalarından, Oğuz, Azərbaycan

Text size Plus Minus

21 avqust 2013, 17:25

Möhtərəm Prezident!

Sizin təşəbbüsünüzlə regionların inkişafı Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində bölgələrimiz sürətlə tərəqqi edir, ölkədə qeyri-neft sektorunun həcmi artır, sosial infrastruktur layihələri həyata keçirilir, əhalinin məşğulluq səviyyəsi yüksəlir, yoxsulluq demək olar ki, aradan qaldırılır. Sizin diqqətiniz sayəsində son illərdə digər bölgələrdə olduğu kimi, Oğuz rayonunda da sürətli inkişaf prosesi müşahidə olunur, geniş quruculuq işləri aparılır, yeni müəssisələr yaradılır. Göstərdiyiniz bu diqqətə, o cümlədən Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2013-cü il avqustun 19-da imzaladığınız sərəncamlarınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, Oğuz gəncləri ətrafınızda sıx birləşərək daim Sizin siyasətinizi dəstəkləyirlər.

Hörmətlə,

R.Ş.Mahmudov
E.V.İsrafilov
Ə.M.Həsənov
V.Ə.Bəkirov
E.N.Əzizov.

Azərbaycan Respublikası, Oğuz rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi