Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Ceyhun Məcidov və başqalarından, Oğuz, Azərbaycan

Text size Plus Minus

21 avqust 2013, 18:55

Hörmətli cənab Prezident!

Oğuz rayonuna göstərdiyiniz xüsusi diqqət nəticəsində burada yol çəkilişi istiqamətində böyük işlər görülmüşdür. Sizin qeyd etdiyiniz kimi, yol həm insanlara rahatlıq verir, həm də bölgənin inkişafını sürətləndirir. Siz bu il avqustun 14-də Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz ərazisindən keçən 22 kilometrlik hissəsinin əsaslı təmirdən sonra açılışını etdiniz. Keçən il aprelin 4-də imzaladığınız Sərəncamla ayrılmış vəsait hesabına Oğuz rayonunun Qumlaq-Xalxal kənd yolunun tikintisi artıq başa çatmış və sakinlər həmin yoldan rahat istifadə edirlər. Bu günlərdə rayonumuza səfərinizdən sonra 2013-cü il 19 avqust tarixli Sərəncamınızla on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan vəsait ayırmağınız biz oğuzlularda böyük fərəh hissi oyatdı. Bütün bunlar Sizin Azərbaycan xalqının rifahı, rahatlığı naminə çalışmağınızın bariz nümunəsidir. Siz Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq şəxsiyyətsiniz.

Hörmətli cənab Prezident, bizə və rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Oğuzun Sincan, Dəymədağlı, Tərkeş kəndlərinin sakinləri adından Sizə hədsiz minnətdarlığımızı bildiririk. Biz Sizin ölkəmizin çiçəklənməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi naminə atdığınız hər bir uğurlu addımı dəstəkləyirik. Sizə bu yolda uğurlar, möhkəm cansağlığı arzulayırıq. Allah Sizi qorusun!

Hörmətlə,

Ceyhun Məcidov
Ələddin Həbibullayev
Elşad Babayev
Ramiz Əzizov
Nizami Şəmsəddinov
Xatirə Məcidova
Elmira Məmmədova.

Azərbaycan Respublikası, Oğuz rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi