Gerb

22 avqust 2013, 12:30

Hörmətli cənab Prezident!

Bu gün Oğuz rayonunun Sincan kəndinə əsl bayram əhval-ruhiyyəsi yaşanılır. Siz bizə böyük sevinc və fərəh bəxş etmişsiniz. Kəndimizin sakinləri Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi barədə imzaladığınız Sərəncamı iqtisadi yüksəlişə, sosial tərəqqiyə, abadlığa göstərilən qayğı kimi qiymətləndirirlər. Sizin bu Sərəncamınız rayonumuzun ən səfalı guşələrindən olan Xaçmaz və Filfili kəndlərində turizmin inkişaf etdirilməsi, bu bölgənin hərtərəfli tərəqqisi üçün əvəzsiz töhfədir.

Hörmətli cənab Prezident, sincanlılara göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq. Siz Ulu öndərin layiqli varisi kimi bizdə böyük inam yaratmısınız. Biz inanırıq ki, Azərbaycan xalqının tərəqqisi üçün gördüyünüz işlər bizi daha xoşbəxt günlərə aparacaqdır. İnsanlarımızın rahatlığı və sosial rifahı naminə gərgin fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Allah Sizi qorusun!

Dərin hörmətlə,

Zahidov Əlimirzə
Ağammədov Nuralı
Nuralıyev Nuralı
Səbzəliyev Vaqif
Məmmədov Elman
Ağayev Xanlar.

Azərbaycan Respublikası, Oğuz rayonu, Sincan kəndi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR