Allahverdi Seyidovdan, Gəncə, Azərbaycan
22 avqust 2013, 13:40
Hörmətli cənab Prezident!
2013-cü il avqustun 21-də Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması haqqında imzaladığınız Sərəncam münasibətilə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun elmi kollektivi adından Sizə öz təşəkkürümü bildirirəm. Müstəqil Azərbaycan dövlətçiliyinin çiçəklənməsi və inkişafı yolundakı fəaliyyətinizdə Sizə uğurlar, ailə xoşbəxtliyi, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Təşəkkürümüzü və minnətdarlığımızı qəbul etməyinizi Sizdən xahiş edirəm.
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun kollektivi adından hörmətlə,
Seyidov Allahverdi Kamil oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.
