Gerb

23 avqust 2013, 16:21

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan gündən-günə inkişaf edərək, dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Ölkəmizin hər yerində tikinti-abadlıq işləri geniş vüsət almışdır. Bu işlər Lerik rayonunda, o cümlədən yaşadığımız Molalan kəndində də həyata keçirilir. Kəndimizdə Sizin tapşırığınıza əsasən tikilən yeni məktəb binası artıq hazırdır. İkimərtəbəli 180 şagird yerlik, hər cür şəraiti olan bu yaraşıqlı bina yeni dərs ilindən uşaqlarımızın istifadəsinə veriləcəkdir. Kəndimizin bütün sakinləri, məktəbimizin kollektivi bundan böyük fərəh hissi keçirirlər. Onların adından Sizə dərin minnətdarlığımızı və razılığımızı bildiririk.

Hörmətli cənab Prezident, Siz Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirərək xalqımızın rifahı naminə böyük işlər görürsünüz. Biz bu işlərdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Xalqımız qəti inamla öz gələcəyini Sizə etibar edir.

Dərin hörmət və səmimiyyətlə,

Əliyev Abdulla.
Azərbaycan Respublikası, Lerik rayonu, Molalan kəndi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR