Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Ukrayna Prezidenti Zati-aliləri cənab Viktor Yanukoviçə

Text size Plus Minus

23 avqust 2013, 18:35

Hörmətli Viktor Fyodoroviç!

Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gün dost Ukrayna dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, sosial-iqtisadi və humanitar sahələrdə dərin dəyişikliklər həyata keçirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq nüfuzu artır.

Əminəm ki, Azərbaycan-Ukrayna dövlətlərarası münasibətləri, bizim strateji tərəfdaşlığımız və hərtərəfli əməkdaşlığımız dost xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da sıx qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstək məcrasında inkişaf edəcəkdir.

Hörmətli Viktor Fyodoroviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 avqust 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi