|
26 avqust 2013, 14:30
Müşfiq Əliyevdən, Zəngilan, Azərbaycan
Möhtərəm Prezident! İlk öncə biz vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin ehtiramımı bildirirəm. Bu gün müharibə şəraitində yaşasaq da Sizin işgüzarlığınız və zəhmətiniz sayəsində respublikamız sürətlə inkişaf edən ölkələr sırasındadır. Sizin və ulu öndərin etdiklərini görməmək üçün tək gözün yox, qəlbin də kor olması lazımdır. Çox yaxşı xatırlayıram, 1990-cı illərdə hər gün kəndimizə çoxlu sayda yaralı əsgərlər və əsgər cəsədləri gətirilirdi. Ulu öndərin və Sizin düzgün siyasətiniz nəticəsində şükürlər olsun ki, son iyirmi ildə belə faciələrin şahidi olmuruq. Mən Əliyev Müşfiq Alı oğlu 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra Bakı şəhərində məskunlaşmışam. Ailəliyəm, iki qız övladım var. Mən və həyat yoldaşım Zəngilan rayon tam orta məktəbində müəllim vəzifəsində işləyirik. Hər zaman Sizi dəstəkləmişik və belə də davam edəcəyimizə söz verirəm. Heç şübhə etmirəm ki, qarşıdakı prezident seçkilərində də Siz qalib olacaqsınız. Əminəm ki, dövlətini, millətini sevən hər kəs Sizə səs verəcəkdir.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.