Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Müşfiq Əliyevdən, Zəngilan, Azərbaycan

Text size Plus Minus

26 avqust 2013, 14:30

Möhtərəm Prezident! 

İlk öncə biz vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin ehtiramımı bildirirəm. Bu gün müharibə şəraitində yaşasaq da Sizin işgüzarlığınız və zəhmətiniz sayəsində respublikamız sürətlə inkişaf edən ölkələr sırasındadır. Sizin və ulu öndərin etdiklərini görməmək üçün tək gözün yox, qəlbin də kor olması lazımdır. Çox yaxşı xatırlayıram, 1990-cı illərdə hər gün kəndimizə çoxlu sayda yaralı əsgərlər və əsgər cəsədləri gətirilirdi. Ulu öndərin və Sizin düzgün siyasətiniz nəticəsində şükürlər olsun ki, son iyirmi ildə belə faciələrin şahidi olmuruq. Mən Əliyev Müşfiq Alı oğlu 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra Bakı şəhərində məskunlaşmışam. Ailəliyəm, iki qız övladım var. Mən və həyat yoldaşım Zəngilan rayon tam orta məktəbində müəllim vəzifəsində işləyirik. Hər zaman Sizi dəstəkləmişik və belə də davam edəcəyimizə söz verirəm. Heç şübhə etmirəm ki, qarşıdakı prezident seçkilərində də Siz qalib olacaqsınız. Əminəm ki, dövlətini, millətini sevən hər kəs Sizə səs verəcəkdir.

Hörmətlə,

Əliyev Müşfiq Alı oğlu.

Azərbaycan Respublikası, Zəngilan rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi