Ramil Namazovdan, Bakı, Azərbaycan
27 avqust 2013, 17:00
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında son 10 ildə möhtəşəm inkişaf yolu keçmiş Azərbaycan öz dövlətçiliyini inkişaf edirmiş, siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirmişdir. Məhz Sizin sayənizdə dünyada sürətli iqtisadi inkişaf dinamikası nümayiş etdirən, liberal prinsiplərə əsaslanmış iqtisadi model yaradan Azərbaycanın bu dövrdə həm regional, həm də qlobal miqyasda nüfuzu yüksəlmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Beləliklə də, ulu öndər Heydər Əliyevin ideyaları həyata keçmişdir.
Hörmətli cənab Prezident, bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Sizə etimad göstərəcəyik. Bütün elm adamları, sadə vətəndaşlar qəti əmindirlər ki, Siz bizim bu günümüzün, sabahımızın təminatçısısınız. Biz gələcəyimizi Sizə etibar etmişik. Buna görə də Sizin ətrafınızda sıx birləşmişik. Bu, xalqın seçimidir. Xalqın seçimi isə dəyişməzdir.
Dərin hörmətlə,
Ramil Namazov,
İqtisad üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.
