Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Elmura Rəhimovadan, Ağdam, Azərbaycan

Text size Plus Minus

28 avqust 2013, 13:30

Hörmətli cənab Prezident! 

Sizin məcburi köçkünlərə göstərdiyiniz əvəzsiz qayğını biz heç vaxt unutmuruq. Bu qayğı sayəsində bizim mənzil və digər sosial problemlərimiz uğurla həll edilmiş, həyat şəraitimiz xeyli yaxşılaşmışdır. Sizin təşəbbüsünüzlə məcburi köçkünlər üçün demək olar ki, hər il yeni qəsəbələr salınır. Bu qəsəbələrdə yüksək keyfiyyətli mənzillərlə yanaşı bütün infrastruktur obyektləri – məktəblər, uşaq bağçaları, tibb məntəqələri tikilir. Həmin mənzillər ədalətli, şəffaf şəkildə biz məcburi köçkünlərə paylanılır. Sizin məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında Sərəncamınız sosial problemlərimizin həll olunmasına göstərdiyiniz diqqətin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz məcburi köçkünlər bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcək, ətrafınızda sıx birləşəcəyik. İnanırıq ki, Sizin səyləriniz nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcəkdir. Sizi əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində yalnız Sizə səs verəcəyik.

Hörmətlə,

Rəhimova Elmura Rüstəm qızı.

Azərbaycan Respublikası, Ağdam rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi