Südabə Abbasovadan, Ağdam, Azərbaycan
28 avqust 2013, 14:20
Möhtərəm Prezident!
Sizin uğurla həyata keçirdiyiniz daxili və xarici siyasət müstəqil respublikamızın beynəlxalq nüfuzunun yüksəlməsini və iqtisadi qüdrətinin möhkəmlənməsini təmin etmişdir. Ölkəmizdə bərqərar olmuş siyasi sabitlik Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının sürətlənməsinə geniş imkanlar açmışdır. Biz məcburi köçkün ailələri bu tərəqqini məskunlaşdığımız Binəqədi rayonunda da hiss edir və aydın görürük.
Hörmətli cənab Prezident, son zamanlar məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra sərəncamlar imzalamısınız. Bununla yanaşı, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması barədə Sərəncamınız biz məcburi köçkün ailələrinin böyük sevincinə səbəb olmuşdur. Buna görə Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Abbasova Südabə Rüstəm qızı.
Azərbaycan Respublikası, Ağdam rayonu.
