|
28 avqust 2013, 15:35
İlham Əliyev Küveyt Dövlətinin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
Prezident İlham Əliyev Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin iqtisadi sahədə, o cümlədən sərmayə qoyuluşu, birgə layihələr, turizm və digər istiqamətlərdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizin gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavi Azərbaycan ilə Küveyt arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.