Hadı Babayev və başqalarından, Zərdab, Azərbaycan
Text size
20 may 2010, 16:06
Hörmətli cənab Prezident,
Kür çayının daşması ilə əlaqədar kəndimizdə gərgin vəziyyət yaranmışdı. Baş vermiş təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün əlavə texnika cəlb edilmiş, bəndbərkitmə işləri aparılmışdır. Bununla da əhalinin təhlükəsizliyi təmin edilmişdir.
Göstərdiyiniz bu qayğıya görə, cənab Prezident, Sizə öz təşəkkürümüzü bildiririk.
Dərin hörmətlə,
Babayev Hadı, Məmmədov Məmmədhəsən, İbrahimov Ağabala.
Otmanoba kəndinin sakinləri.
Azərbaycan Respublikası, Zərdab rayonu
