Gerb

28 avqust 2013, 19:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 372 nömrəli Fərmanını “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 584-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 372 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 512; 2009, № 2, maddə 75) aşağıdakı dəyişikliklər edilsin:
Fərmanın adından, preambulasından və 1-ci hissəsindən “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılsın.
1-ci hissənin beşinci abzasında nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və altıncı abzas ləğv edilsin.
Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin eskizi”, “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin nümunəsi”, “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin təsviri” və “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin spesifikasiyası” ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR