|
29 avqust 2013, 15:30
İlham Nasirovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Müstəqilliyimizin hələ ilk illərindəki iqtisadi çətinliklərə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində şəhid ailələrinə böyük diqqət göstərilir, onların problemləri aradan qaldırılırdı. Siz Ulu öndərimizin siyasətini davam etdirərək, bu problemləri ölkəmizin güclü iqtisadi inkişafı hesabına daha yüksək səviyyədə həll edirsiniz. İstər ulu öndər Heydər Əliyevin, istərsə də Sizin ölkəyə rəhbərlik etdiyiniz dövrdə dövlət tərəfindən bizə böyük diqqət və qayğı göstərilmişdir. Möhtərəm Prezident, bizə yaratdığınız gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, həmişə olduğu kimi bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcəyik. Azərbaycan xalqı Sizin arxanızda dayanıb və Sizi sevir. Sizi ürəkdən sevən milyonlardan biri də mənəm. Sizin ən sadiq silahdaşınız, ömür-gün yoldaşınız, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Nə qədər böyük xoşbəxtlikdir ki, iki böyük şəxsiyyət, güclü insan bir-birinə dayaqdır. Arzum budur ki, Azərbaycanımızda mövcud olan bu xoşbəxtlik heç zaman başımızın üstündən əskik olmasın. Bu xoşbəxtliyi başımızın üzərində tac kimi saxlamalı, Sizin kimi Prezidentimizin qədrini bilməli, Sizə dayaq olmalıyıq.
Bu il oktyabrın 9-da respublikamızda növbəti prezident seçkiləri keçiriləcəkdir. Mən Sizin sadiq əsgərinizəm. Həmişə Sizə sadiq olmuşam və son nəfəsimə qədər Sizin siyasətinizi dəstəkləyəcəyəm.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.