Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İlham Nasirovdan, Bakı, Azərbaycan

Text size Plus Minus

29 avqust 2013, 15:30

Hörmətli cənab Prezident! 

Müstəqilliyimizin hələ ilk illərindəki iqtisadi çətinliklərə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində şəhid ailələrinə böyük diqqət göstərilir, onların problemləri aradan qaldırılırdı. Siz Ulu öndərimizin siyasətini davam etdirərək, bu problemləri ölkəmizin güclü iqtisadi inkişafı hesabına daha yüksək səviyyədə həll edirsiniz. İstər ulu öndər Heydər Əliyevin, istərsə də Sizin ölkəyə rəhbərlik etdiyiniz dövrdə dövlət tərəfindən bizə böyük diqqət və qayğı göstərilmişdir.

Möhtərəm Prezident, bizə yaratdığınız gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, həmişə olduğu kimi bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcəyik.

Azərbaycan xalqı Sizin arxanızda dayanıb və Sizi sevir. Sizi ürəkdən sevən milyonlardan biri də mənəm. Sizin ən sadiq silahdaşınız, ömür-gün yoldaşınız, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Nə qədər böyük xoşbəxtlikdir ki, iki böyük şəxsiyyət, güclü insan bir-birinə dayaqdır. Arzum budur ki, Azərbaycanımızda mövcud olan bu xoşbəxtlik heç zaman başımızın üstündən əskik olmasın. Bu xoşbəxtliyi başımızın üzərində tac kimi saxlamalı, Sizin kimi Prezidentimizin qədrini bilməli, Sizə dayaq olmalıyıq.

Bu il oktyabrın 9-da respublikamızda növbəti prezident seçkiləri keçiriləcəkdir. Mən Sizin sadiq əsgərinizəm. Həmişə Sizə sadiq olmuşam və son nəfəsimə qədər Sizin siyasətinizi dəstəkləyəcəyəm.
Azərbaycanlıların yalnız bir rəhbəri var – o rəhbər də Sizsiniz!

Hörmətlə,

Nasirov İlham Rafiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi