|
29 avqust 2013, 17:15
Azər Paşa Nemətov, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin ölkəyə rəhbərlik etdiyiniz illər ərzində hər bir sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsindəki uğurlarımız da göz önündədir. Son illərdə teatr sahəsinin inkişafı ilə bağlı imzaladığınız sərəncamlar Sizin bu sahəyə göstərdiyiniz böyük diqqət və qayğının təzahürüdür. Azərbaycanda ilk dəfə olaraq milli teatr gününün və peşəkar teatrın yaradılmasının 140 illiyinin qeyd olunması, bununla bağlı fəxri adların verilməsi və 26 avqust 2013-cü il tarixli Sərəncamınızla fəxri adlara görə aylıq təqaüdlərin və dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin vəzifə maaşlarının artırılmasına görə Sizə çoxsaylı teatr ictimaiyyəti adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Teatr ictimaiyyəti hər zaman Sizi dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində Sizə qələbə arzulayır. Azər Paşa Nemətov, professor, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri. Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.