29 avqust 2013, 17:45

Nəsir Rzayev və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin gərgin və yorulmaz fəaliyyətiniz, apardığınız ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Mütəmadi olaraq əmək haqlarının və pensiyaların artırılması xalqımıza olan yüksək qayğı və diqqətinizin nəticəsidir.

Bütün Azərbaycan xalqı kimi Lerik rayonunun sakinləri də Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı böyük nailiyyətlərlə fəxr edirlər. Rayonumuzda, o cümlədən yaşadığımız kəndlərdə aparılan quruculuq işləri, evlərə mavi yanacağın verilməsi, yolların abadlaşdırılması, məktəblərin tikilməsi qəlbimizi fərəh hissi ilə doldurur.

Hörmətli cənab Prezident, bu gün ölkəmizdə hökm sürən əmin-amanlığa və firavanlığa görə Sizə dərin minnətdarlığımızı bildiririk. Lerik rayonu Çayrud, Andurma, Rvarud, Təngəbin, Anzolu kəndlərinin sakinləri Sizin fəaliyyətinizi həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəklər. Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı kimi həyata keçirdiyiniz işlərinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Rzayev Nəsir
Seyfullayev Rəcəbəli
Əliyev Tofiq
Şamiyev Rəhim
Salayev Zöhrab
İsmayılov Güloğlan
Məmmədov Cabir.

Azərbaycan Respublikası, Lerik rayonu.