İlham Əliyev M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olmuşdur

29 avqust 2013, 18:00
İlham Əliyev M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Sabirabada səfəri çərçivəsində rayon mərkəzinin Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu mühüm sahənin dövlət siyasətinin prioritetləri sırasında olmasının bariz göstəricisidir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, yeni korpuslar inşa olunmuşdur. Bu dövrdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış və internetlə təchiz edilmişdir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondu da hərtərəfli dəstəyini əsirgəmir. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Belə təhsil ocaqlarından biri də M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdir.

Azərbaycan Prezidenti məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxdı.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır.

Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti–abadlıq işləri aparılmış, şagirdlərin keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Məktəbin binası 2010-cu ilin mayında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı qrunt sularının səviyyəsinin qalxması nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılmışdır. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin həyətində ədibin abidəsi ucaldılmışdır. Ümumi sahəsi 9415 kvadratmetr olan 1200 şagird yerlik dördmərtəbəli təhsil ocağı 109 otaqdan ibarətdir ki, bunlardan 68-i sinif otağıdır. Burada iki fizika, iki kimya, iki informatika və bir biologiya kabineti yaradılmışdır. Birinci mərtəbədə müasir idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə müəllimlər, sinif otaqları və ümumi sahəsi 140 kvadratmetr olan yeməkxana yerləşir. Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı vardır. Dördüncü mərtəbədə də müəllimlər otağı, müvafiq sinif otaqları yaradılmışdır. Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman meydançası inşa edilmişdir.

Burada müasir idman qurğuları ilə təchiz edilmiş meydançalar da yaradılmışdır.

Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04