|
29 avqust 2013, 18:05
İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyevə əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev adına istirahət parkında yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, yenidənqurma işləri çərçivəsində parkın ərazisi 1,5 hektar genişləndirilərək 4 hektara çatdırılmışdır. Müasir səviyyədə qurulan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır. Burada xüsusi dörd guşə tikilmiş, oturacaqlar qoyulmuş, diametri 42 metr olan musiqili fəvvarə yenidən qurulmuş, geniş yaşıllaşdırma işləri görülmüş, drenaj sistemi yaradılmışdır. Parkda 5 min nəfərlik konsert meydanı və attraksionların quraşdırıldığı sahə vardır. Azərbaycan Prezidenti rayonda görülmüş işləri əks etdirən stendlərə baxdı. Sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların Ümummilli Liderin xatirəsinə ehtiramını nümayiş etdirir. Diqqətə çatdırıldı ki, Mərkəzin inşasına ötən ilin noyabrında başlanılmışdır. Binanın ümumi sahəsi 5,2 min kvadratmetrdir. Üçmərtəbəli binanın birinci mərtəbəsində internet kafe və rəqs studiyası, konfrans zalı və müasir akustika sistemi ilə təchiz edilmiş 3D kinozalı fəaliyyət göstərir. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin Sabirabad və rayon sakinləri haqqında fikirlərinin əks olunduğu stendlər quraşdırılmışdır. Buradakı ekspozisiya zalında fotolar və Ulu Öndərin təhsili, fəaliyyəti ilə bağlı digər sənədlər böyük maraq doğurur. Binanın 1094 kvadratmetr sahəsi olan ekspozisiya zalında dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları sərgilənir. Zalda müxtəlif bölmələrdə Ümummilli Liderin uşaqlıq, gənclik, tələbəlik, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdəki fotoları maraqla qarşılanır. “Heydər Əliyev və Sabirabad. 1970-1998-ci illər” bölməsində dahi rəhbərin bu rayona səfərlərini əks etdirən fotolar yer almışdır. Bu fotolar bir daha sübut edir ki, Ümummilli Lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində Sabirabadın da inkişafına xüsusi diqqət göstərmişdir. Ulu Öndərin Sabirabada 15 dəfə səfər etməsi bunun bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin rayondakı müxtəlif obyektlərin açılışlarında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri sabirabadlıların xatirində dərin izlər buraxmışdır. Mərkəzdəki “Azərbaycan dövlətçiliyi tarixi kabineti” də diqqəti cəlb edir. Burada ən son elmi-texniki nailiyyətlərə əsaslanan sistem və avadanlıq quraşdırılmışdır. Ekspozisiya zalında Prezident İlham Əliyevin Sabirabada səfərləri və siyasi fəaliyyəti əks olunan fotoguşə də vardır. Bildirildi ki, Mərkəzdə səyyar sərgi zalı fəaliyyət göstərəcəkdir. Burada rayonun rəssamları əsərlərini sərgiləyəcəklər. Mərkəzin 330 yerlik böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Zal bütün zəruri avadanlıqla təchiz edilmişdir. Mərkəzdə dizayn, rəsm və şahmat otaqları, həmçinin elektron kitabxana, fotostudiya və linqafon sinfi də fəaliyyət göstərəcəkdir. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində yaradılmış şəraitdən razılığını bildirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.