|
29 avqust 2013, 20:00
İlham Əliyev Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir. Son illər ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Bu proses Saatlı rayonunda da geniş vüsət almışdır. Rayonun Qarayevkənd-Sımadakənd yerli əhəmiyyətli avtomobil yolu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuşdur. Dövlət başçısı avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Bildirildi ki, uzun müddət təmir işləri aparılmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 16 iyul tarixli Sərəncamına əsasən 44 min nəfərin yaşadığı 17 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırmışdır. Yenidən qurulan bu yol regionlara olan diqqəti nümayiş etdirir və ölkədə həyata keçirilən sosial siyasətin bütün bölgələri əhatə etdiyini göstərir. Qeyd edildi ki, yolun layihə-smeta sənədləri “Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmışdır. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir. Hazırda yolun 11 kilometrlik hissəsi istifadəyə verilir. Müasir standartlar səviyyəsində qurulan avtomobil yolunda 22 su keçidi tikilmiş, 66 min kvadratmetr asfalt-beton örtüyü vurulmuşdur. Yolun kənarında 250-yə yaxın siqnal dirəkləri basdırılmışdır. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.