|
29 avqust 2013, 23:25
İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Bina ilə tanışlıq zamanı məlumat verildi ki, tikinti işlərinə 2012-ci ilin iyununda başlanılmış və bu ilin avqustunda başa çatdırılmışdır. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu. İnzibati bina ümumilikdə on otaq, konfrans və iclas salonlarından ibarətdir. Bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait vardır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binanın ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı 70 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, burada kiçik iclas zalı da yaradılmışdır. Dövlət başçısına məlumat verildi ki, partiyanın rayon təşkilatının 9,2 min üzvü vardır. Təşkilatın sıraları əsasən gənclərin hesabına ildən-ilə artır. Onlar hazırda partiya üzvlərinin 42 faizini təşkil edirlər. Qadınların sayı isə 43 faizdir. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. ![]() 29 avqust 2013, 23:35
İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.