|
29 avqust 2013, 23:45
İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, binanın tikintisinə ötən ilin iyulunda başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Şəhərin ən gözəl binalarından olan Gənclər Mərkəzinin ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır. Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Bunun üçün ayrıca internet otağı vardır. Bütün kompyuterlər internetə qoşulmuşdur. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Burada, həmçinin iclas və akt zalları, atıcılıq otağı, 3D kinozalı, linqafon otağı, elektron kitabxana və digər yardımçı otaqlar vardır. Müasir avadanlığın quraşdırıldığı atıcılıq salonunda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaqdır. Bu mərtəbədə fəaliyyət göstərən disko-barda ən müasir akustika sistemi quraşdırılmışdır. Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, balacalar üçün “Labirint” oyun guşəsi fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə gənclər kafesi yaradılmışdır. Bildirildi ki, elektron kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar toplanmışdır. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır. Prezident İlham Əliyev Gənclər Mərkəzi ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi. ![]() 29 avqust 2013, 23:35
İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.