Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə

Text size Plus Minus

30 avqust 2013, 18:25

Hörmətli Almazbek Şarşenoviç,

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Qırğızıstan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, dərin tarixi köklərə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Qırğızıstan xalqına firavanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 avqust 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi