Gerb

30 avqust 2013, 19:20

Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri və dostluq əlaqələri genişlənərək və inkişaf edərək, ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 avqust 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR