|
31 avqust 2013, 18:00
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Özbəkistan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, bu gün Özbəkistan ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə sanballı uğurlar qazanmışdır. Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olması xüsusi məmnunluq doğurur. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq durmadan genişlənir, ənənəvi dostluq əlaqələri möhkəmlənir. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram. Hörmətlə,
İlham Əliyev Bakı, 29 avqust 2013-cü il. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.