Arzu Qafarovdan, Sumqayıt, Azərbaycan
31 avqust 2013, 15:40
Möhtərəm Prezident!
Hər bir gəncin arzusu ali məktəbə qəbul olmaq, oranı müvəffəqiyyətlə bitirmək və gələcəkdə özünə uğurlu karyera qurmaqdır. Əvvəllər işsizlik probleminin olması, gənclərin bu istəklərinin reallaşmasına imkan vermirdi. Universiteti və hərbi xidməti bitirdiyim illərdə gördüyüm və eşitdiyim onlarla istedadlı gənc iş axtarmaq üçün xarici ölkələrə üz tuturdu. Burada qalan gənclər isə əllərində diplom iş axtarırdılar. Son illərdə isə mən bunların tam əksini görür və eşidirəm. Bir vaxt xarici ölkələrə iş üçün yollanan həmin gənclər və işsiz qalanlar, artıq bir neçə ildir ki, yenidən Vətənimizə üz tutaraq işə düzəlmişlər. Əlbəttə ki, işsizliyin gündən-günə azalması bir gənc kimi məni çox sevindirir.
Hörmətli cənab Prezident, biz gənclərə olan xüsusi diqqətiniz və qayğınız, bizə olan inamınız, hər sahədə gənclərə yaratdığınız şərait, xüsusilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında imzaladığınız Sərəncam və verdiyiniz tövsiyələr, bu kimi çətinlikləri sürətlə aradan qaldırır.
Hörmətli cənab Prezident, gündən-günə abadlaşan, müasir və demokratik ölkədə əmin-amanlıq içərisində yaşadığımız üçün Sizə minnətdarıq. Biz Sizin gördüyünüz bütün uğurlu işləri daim dəstəkləyirik. Bildirmək istərdik ki, biz gənclər hər zaman Sizinləyik.
Hörmətlə,
Qafarov Arzu Əliəkbər oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
