Gerb

31 avqust 2013, 15:45

Hörmətli cənab Prezident!

İqtisadiyyatımızın inkişafına, regionlarda apardığınız uğurlu sosial-iqtisadi islahatlara, xalqımızı dünyaya tanıtdırmaq və respublikamızın beynəlxalq nüfuzunu artırmaq istiqamətində gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin diqqət və qayğınız sayəsində respublikamız, o cümlədən Astara rayonu gündən-günə gözəlləşir. Rayonumuzda yeni yollar çəkilir, yeni məktəb binaları istifadəyə verilir. Astarada görülən tikinti, yenidənqurma və abadlıq işləri hamımızda razılıq hissi doğurur. Dövrümüzün siyasət nəhənglərindən biri olan, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tariximizin ən şərəfli səhifəsini yaradan şəxsiyyətdir. Ulu öndərimiz müstəqilliyimizi qorudu, Azərbaycanı bütün dünyaya tanıtdırdı. O, prezident olduğu dövrdə dəfələrlə Astaraya gəlmiş və hər gəlişində bizim qəlbimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Ümummilli liderimiz biz astaralıların qəlbində həmişə yaşayır və yaşayacaqdır. Siz də onun uzaqgörən siyasətini davam etdirərək, ildən-ilə iqtisadiyyatımızı daha da gücləndirir, bizi daim sevindirirsiniz. Biz Sizin rəhbərliyinizlə ölkəmizin tarixində əhəmiyyətli və şərəfli səhifələr açılacağına səmimi qəlbdən inanırıq.

2013-cü il Prezident seçkiləri ilidir. Tam əmin ola bilərsiniz ki, Astara ağsaqqalları və rayon ictimaiyyəti Sizi dəstəkləyəcəklər. Qarşıdan gələn Prezident seçkilərində Sizə uğurlar diləyirik.

Hörmətlə,

Vəliyev Mütəllim Hüseynqulu oğlu.

Azərbaycan Respublikası, Astara rayonu.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR