Emma Qəhrəmanovadan, Bakı, Azərbaycan
Text size
31 avqust 2013, 15:50
Hörmətli cənab Prezident!
Xalqımıza, xüsusilə də şəhid ailələrinə göstərdiyiniz qayğı Sizin ulu öndərimizin yolunu davam etdirdiyinizi bir daha sübut etdi. Bu günlərdə Milli Qəhrəmanların pensiyasının artırılması barədə Sərəncamınıza görə ailəmiz adından Sizə təşəkkür edirəm. Qarşıdakı Prezident seçkilərində Sizə uğurlar arzu edirik və ümid edirik ki, Sizin diqqət və qayğınız gələcəkdə də Azərbaycan xalqının başı üzərindən əskik olmayacaqdır.
Hörmətlə,
Qəhrəmanova Emma Şəki qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.
