Sürəyya Quliyevadan, Füzuli, Azərbaycan
02 sentyabr 2013, 18:15
Hörmətli cənab Prezident!
Sizin göstərdiyiniz diqqət və qayğı nəticəsində ölkəmizdə təhsil sistemi xeyli təkmilləşmiş, çoxlu sayda məktəb binaları tikilmiş və ya təmir edilmiş, təhsil işçilərinin sosial vəziyyəti daha da yaxşılaşdırılmışdır. Yaratdığınız bu şərait bizə səylə çalışaraq, ölkəmiz üçün yüksək savadlı və vətənpərvər gənclər yetişdirməyə imkan verir. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı və xoşbəxtlik, müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı yolunda fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Quliyeva Sürəyya,
məktəb direktoru.
Azərbaycan Respublikası, Füzuli rayonu, Əhmədbəyli kəndi.
