|
02 sentyabr 2013, 20:50
İlham Əliyev Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramında yol infrastrukturunun daha da müasirləşdirilməsi nəzərdə tutulur. Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası,yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi ardıcıl olaraq həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər və həyata keçiriləcək tədbirlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Bakının digər qəsəbələrində olduğu kimi, Maştağada da daxili yollar əsaslı şəkildə yenidən qurulur, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olundu ki, qəsəbədə 72 min 500 kvadratmetr yol sahəsinə asfalt örtüyü döşənmiş, yolların kənarları abadlaşdırılmış, ətraf ərazilərdə səliqə-sahman yaradılmışdır. Qəsəbədaxili yolların kənarlarında 100-ə yaxın yeni işıq dirəkləri qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, qəsəbədaxili yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü. Maştağa qəsəbə sakini Hüseynqulu Ələsgərov görülən işlərlə bağlı sakinlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Bakı və Bakıətrafı qəsəbələrdə infrastruktur layihələrinin ardıcıl olaraq davam etdiriləcəyini bildirdi. Sonda xatirə şəkli çəkdirildi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.