|
02 sentyabr 2013, 18:30
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun İlham Əliyevə təqdim edilməsi mərasimi olmuşdur
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olmuşdur. Son illər ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli və bu sahədə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür. Bakıda və regionlarda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, dövlət idarələrində digər müasir xidmət növlərinin yaradılması olduqca əhəmiyyətlidir. Azərbaycanda, eyni zamanda, vətəndaşlara müasir texniki xidmətin ən yüksək dünya standartları səviyyəsində göstərilməsi sahəsində də məqsədyönlü tədbirlər görülür. Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun hazırlanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, həmçinin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanın tələblərinin vaxtında təmin edilməsi məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət İşçi Qrupu yaradılmış, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilmiş, pasportların təsviri və spesifikasiyası hazırlanmışdır. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılmışdır. Bu mərkəzlərdə xidmət üçün ən yüksək şərait vardır. Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu Prezident İlham Əliyevə təqdim edildi. Beləliklə, sentyabrın 2-dən ölkəmizdə yeni nəsil biometrik pasportların verilməsinə başlanıldı. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər. ![]() 02 sentyabr 2013, 20:50
İlham Əliyev Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur
more...
02 sentyabr 2013, 18:40
2013-cü il iyunun 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan alınacaq kreditlərə dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.