Ravil Səmədovdan, Ağcabədi, Azərbaycan
03 sentyabr 2013, 13:50
Hörmətli cənab Prezident!
Ağcabədi rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyevin davamçısına eşq olsun! Sizi əmin edirik ki, ağcabədililər qarşıdan gələn prezident seçkilərində yalnız Sizə səs verəcəklər.
Bu yolda Sizə uğurlar diləyir, cansağlığı arzulayırıq. İnanırıq ki, yaxın müddətdə işğal altında olan torpaqlarımızı sülh yolu ilə geri qaytaracaqsınız. Sizin bütün sərəncam və fərmanlarınızı, göstərişlərinizi böyük məmnuniyyətlə yerinə yetirməyə hər zaman hazırıq.
Böyük hörmətlə,
Səmədov Ravil Savalan oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyat kəndi.
