|
03 sentyabr 2013, 17:00
İlham Əliyev Belçikanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdəki səfiri xanım Karen Petitin etimadnaməsini qəbul etmişdir. Xanım Karen Petit fəxri qarovul dəstəsinin qarşısından keçdi. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin gələcək illərdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. İqtisadi əməkdaşlığımızın yaxşı nəticələri olduğunu deyən Prezident İlham Əliyev Belçikanın bəzi şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd etdi. Azərbaycan ilə Belçika arasında iqtisadi və siyasi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin Avropa İttifaqı çərçivəsində əməkdaşlığından məmnunluğunu ifadə etdi. Xanım Karen Petit Belçika kralı Əlahəzrət Filippin şahzadə olarkən Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırladığını dedi. Diplomat ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının önəmini qeyd etdi. Görüşdə ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu, qeyri-neft sektoru, təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. ![]() 03 sentyabr 2013, 17:20
İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.