|
03 sentyabr 2013, 17:20
İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillonun etimadnaməsini qəbul etmişdir. Səfir Ciampaolo Kutillo fəxri qarovul dəstəsinin qarşısından keçdi. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlət başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edərək tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğuladı. İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın ölkəmizə tarixi səfərini və səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından bu səfərin önəmini qeyd etdi. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Səfir Ciampaolo Kutillo Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, öz növbəsində İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana tarixi səfərinin əhəmiyyətinə toxundu. Ölkələrimiz arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm, vətəndaş cəmiyyəti və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən səfir diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi. Görüşdə Avropa İttifaqı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı. ![]() 03 sentyabr 2013, 17:00
İlham Əliyev Belçikanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
more...
03 sentyabr 2013, 17:40
İlham Əliyev Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.