|
03 sentyabr 2013, 17:40
İlham Əliyev Niderlandın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsenin etimadnaməsini qəbul etmişdir. Səfir Robert Jan Qabrielsen fəxri qarovul dəstəsinin qarşısından keçdi. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Robert Jan Qabrielsen paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Niderland Kralı Əlahəzrət Villem-Aleksandrın Azərbaycan xalqına ən xoş arzularını çatdırdı. Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğu vurğulandı, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı layihələrin önəmi qeyd edildi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu. ![]() 03 sentyabr 2013, 17:20
İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.