|
03 sentyabr 2013, 17:25
İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın etimadnaməsini qəbul etmişdir. Səfir Dimitrios Tsounqas fəxri qarovul dəstəsinin qarşısından keçdi. Dimitrios Tsounqas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dimitrios Tsounqas Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırladığını dedi. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan diplomat əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin iqtisadi, siyasi, enerji, təhsil, mədəniyyət və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.